سون یازیلار

سون گؤروشلر

آرشیو

EYVAZ TAHA - ایواز طاها

Eyvaz Taha

Eyvaz Taha, Muğanda anadan olub. O, ixtisasına görə fəlsəfə ilə məşğul olur və bədii nəsr yazır.
E.Taha ۱۹۹۰-ci illərdə “Yol” dərgisinin qurucusu və baş yazarı olmuşdu.

Sonralar Azərbaycan cumhuriyyətində “Cahan” dərgisinin təməl daşını qoymuş, jurnalın baş yazarlığını öz üzərinə götürmüşdü.جهان درگیسی

Habelə o, ۲۰۰۴-ci ildən “Yarpaq” qəzetini çıxarmağa başlamışdı. “Yarpaq” milli hökümət devrildikdən bəri tam azərbaycan türkcəsində çıxan ilk qəzet olmuşdur. یارپاق درگیسی

Tahanın indiyədək iki yüzə yaxın irili-xırdalı yazısı (məqalələri, öyküləri, tənqidləri, essələri və tərcümələri) ayrı-ayrı dərgilər və qəzetlərdə getmişdir. Azərbaycan türkcəsində, Fars və İngilis dillərində yayımlanan bu yazılarda, daha çox fəlsəfə və ədəbiyyat qovuşağında yaranan məsələlər araşdırılmışdır. Bu dərgilər və qəzetlərin bəzisi bunlardır: Yol, Cahan, Şəhriyar, Dünya ədəbiyyati, Varlıq, Azeri, Şərq, Mənim ailəm,Yarpaq, Vəravi, Araz, Bəhari Zəncan, Tək səbir, Avaye Ərdəbil, Ulduz, Alatoran, Yeni Azərbaycan.
Çap olunmuş məqalələrinin bir neçəsi
• “Şəhriyar nisgili və nostalgiyanın təhlili”, varlıq dərgisi.
• “Ağıldan ürəyə doğru”, Cahan dərgisi, sayı ۳, ۱۹۹۷, Bakı.
• “Dünyanı dəyişdirmək, yoxsa ona uyğunlaşmaq”, Cahan dərgisi, sayı ۴, ۱۹۹۸, Bakı.
• “Tarix elmində obyektivlik və subyektivlik”, Şəhriyar qəzeti, Bakı.
• “Üçüncü dalğa müharibələri”, Alatoran dərgisi, sayı ۴, Bakı.
• “Paradigma nədir?”, Cahan dərgisi, sayı ۵, ۱۹۹۹, Bakı.
• “Füzuli; biganei dər vətən” (Farsca) , Varlıq, Tehran.
• “İraq müharibəsi: Alvin Toffler, Frensis Fukuyama və Samuel Hantingtonun nəzəriyyələri işığında Amerikanın İraqa hücumunun təhlili”, Şərq gündələyi, ۲۱ iyun, ۲۰۰۵, Tehran.
• “Postmodernizm; daldan atılan daş”, ۲۰۰۷, Təbriz.
• “Gündoğar ölkəsi: ŞƏMS və MÖVLANA”, ۲۰۰۷, Təbriz.
• “Məarifçilik işığında Romantizm”, (۲۰۰۷-ci il Bakı İslavyan universitetində “Müasir dilçiliyin problemləri”-nə həsr edilən konfransda oxunmuş mühazirə), Bakı, Kitab aləmi nəşriyyatı, ۲۰۰۷
Çap olunmuş öyküləri
• “Boş tabut”, Cahan dərgisi, Bakı.
• “Diri meyid”, Cahan dərgisi, Bakı.
• “Bir otaqda beş qonaq”, Yarpaq qəzeti, Tehran.
• “Arxadan adam gəlir”, Mənim ailəm dərgisi, Bakı.
• “Saat işləyəndə adam gedəcək”, Dünya ədəbiyyati, Bakı.
Yayılmış kitabları
• “Şeir varlığın evidir” (Şeirin gözəllik fəlsəfəsi və Azərbaycan şeirinin problemləri, Ərəb əlibasında), ۲۰۰۶. (Bu kitab ۲۰۰۷-ci ildə Güney Azərbaycanda ilin kitabı seçilmişdir.)
• “Qurşun hardan açıldı” (kiçik roman), birinci basqı, yaz ۲۰۰۶, ikinci basqı, Təbriz, qış ۲۰۰۷.
• “Nəzəriyeye toteə”, (Farsca), Tehran, ۲۰۰۲.
• “Necə yazaq: Azərbaycan türkcəsinin yanlışlıqlar sözlüyü”, Yarpaq, Təbriz, ۲۰۰۶.
• “Sağlam dil”,(Güney Azərbaycanda Azərbaycan türkcəsinin problemleri) Təbriz, ۲۰۰۸.
Yayılacaq kitabları
• “Mən belə düşünürəm” (Fəlsəfi məqalələr toplusu, latin grafikasında)
• “Qurğu nəzəriyyəsi” (”Nəzəriyeye toteə” kitabının Azərbaycan türkcəsinə tərcüməsi. Kitab Əlibala Hacızadənin tərcüməsi və E.Tahanın redaktəsi ilə nəşr olunacaq.)
• “Qorxu sənin ardınca sürünür”
• “Diktator: hikayələr toplusu”
• “Dünyanı dəyişdirmək, yoxsa ona uyğunlaşmaq”
• “Azərbaycan nəsrinin gözəllik fəlsəfəsi” (Kitabın adı hələlik tam müəyyənləşdirilməyib)
• “Necə Yazaq” (۲-۵-ci cildlər)
• “Dəli” (roman. kitabın adı müvəqqətidir)
Baş yazarlığını öz özərinə götürdüyü dərgilər və qəzetlər:
• “Yol” dərgisi, Tehran, ۹۰-cı illər
• “Cahan” dərgisi, Bakı, ۹۰-cı illər
• “Yarpaq” qəzeti, Tehran, ۲۰۰۰-ci illər
Geniş məlumat qaynağı:
E.Tahanın elmi və bədii əsərləri üc internet düşərgəsindən yayılır
www.eyvaz.org Güneyli öyrəncilər tərəfindən yönətilən bu internet saytı aktualdır. Bu saytda gedən materiallar Ərəb və latin grafikalrı ilə Az Türkcəsi və farsca yazılır.

آلمایولو-نداکی یازی‌لاری:

گون‌دوغار اؤلکه‌سی: شمس، مؤولوی!

يازيچی نين اؤلومو: اوخوجو دؤنمی / دوکتور ائیواز طاها

گؤيه ميللَنميش چرپلنگ، یوخسا پاليچيغا اوتورموش گمی

بو کیچیک تابوتدا بیر جاهان گئدیر

بيگانه‌اي در وطن
جستاري درباره‌ي غيبت محمد فضولي از ادبيات معاصر آذربايجان

پاسخ به یک مقاله
فرقه‌ي دموكرات آذربايجان و داوري يكجانبه

جلال‌الدين قونوي و آنه ماري شيمئل

باليق بازاريندا كيتاب آزاري

گئرچک‌لیک گؤیچک‌لیک دیر!


شعر و دوشونجه / دوکتور ایواز طاها ایله موصاحیبه

ایواز طاها باشقا یازارلار باخیمیندان:


ائيواز طاها قومسالليقدا بوي آتان چينار/ گونتای جاوانشیر

شعرده آزان فیلسوف / حیدر شادی

به بهانه¬ی انتشار مجموعه داستان لاپ او اوزاق¬لاردا / احمد صیقلی

سوررئالیسم جانیفتاده؛ چهارچوب محکم داستانی / احمد صیقلی