سون یازیلار

سون گؤروشلر

آرشیو


« ۸ مارت اوچون | آنا یارپاق | دؤرد ايل سهندسيزليك »

Gabriel Garcia Marquez haralarda İp indi - Vali Gözətən

بوز آیي ۱۸, ۱۳۸۸

Yarın Səhənd Əfşarı,n dördüncü il dönümüdür, anımsatdırdı bilgin kişi mənə. Bu Köçürünü Səhənd Əfşar,ı anımsayaraq ONA sundum.

 

markiz.jpg

Gabriel Garcia Marquez, yaxalandığı lenf* qansəri nədəniylə özünü toplumsal yaşamdan çəkdi. İndilərdə durumunun ağırlaşdığı düşünülür.
Dostlarına, internet aracılığıyla indi yayınlanabilən bir sağollaşma
mektubu göndərdi
Son dönəmlərin ən parlaq Latin Amerikalı sənətçılərındən birinin əlindən çıxmış olan bu duyğu yüklü qısa yazıyı oxumanızı önərirəm.
“Tanrı, bir anlıq bilə olsa, mənim bezdən bir oyun qolçağı olduğumu unutaraq mənə bir yaşam alanı verəbilseydi, ondan alabildiyincə yararlanardım.”
“Tüm düşündüklərimi söyləməzdimsə də, tüm söylədiklərimi kəsinliklə düşünərdim.”
“Nəsnələrə nəyin yetgilisi olduğundan deyil də, daha çox anlatımına göre bir dəyər verərdim,.”
“Gözlərimizi qapatdığımız birər dəqiqədə altmış saniyə ışıq itirdiyimizin bilincinə vararaq daha az uyuyar, daha çox düş qurardım.”
“Başqaları qımıldamazkən daha çox yürüyər; onlar uyuyarkən mən oyanardım.”.
“Tanrı mənə birazcıq yaşam armağan etsəydi, yalın geyinər sonra yalnızca gövdəmi deyil özüdümü də (ruhumuda) çırılçılpaq soynaraq üzü quylu torpağa uzanardım.”
“Aşıq olmağa son verirlərsə yaşlanacaqları gərçəyini bilmədən, yaşlanarkən aşıq olmağı sonlandırmaları gərəktiyini düşünən insanlara nə boyda yanıldıqlarını qanıtlardım.”
“qanadlar verərdim bir cocuğa, ancaq öz özünə, tək başına uçmağı öyrənməyi ona bıraxardım.”
“Yaşlılara, ölümün yaşlılıqla deyil də unudmaq, unudulmaqla gəldiyini öyrədərdim.”
“İnsanlar, sizlərdən o boyda çox öyrəndim…, hamının dağın zirvəsində yaşamağı istədiyini, ancaq gərçək mudluluğun oraya dırmanabilmə biçəmində (uslub) gizli olduğunu bilmədiklərini öyrəndim.”
“Yeni doğulmuş bir bəbəyin babasının barmağını kiçicik əliylə ilk kez sıxıca qavradığında onu yaşam boyu bıraqmayacağını öyrəndim.”
“Bir insanın, aşağıdakı bir başqa insana yalnızca bir kez baxmağa haqqı olduğunu, o da onun ayağa qalxmasına yardım edərkən olması gərəkdiyini öyrəndim.”

“Bir insanın, aşağıdakı bir başqa insana yalnızca bir kez baxmağa haqqı olduğunu, o da onun ayağa qalxmasına yardım edərkən olması gərəkdiyini öyrəndim.”

“Sizlərdən öyrənəbiləcəyim o boyda çox şey var! Ancaq çox azı gərçəkdən işimə yarayacaq, nədənsə hamısı bu bavılın içinə yerləş
“Sürəkli duyduqlarını söylə, düşündüklərini yap.”
“Bugün səni son kez yuxuya dalarkən gördüyümü bilsəm, səni sımsıxı qollarımın arasında sarar, Tanrı’ya özüdünün (ruhunun) qoruyucusu olabilməsinini dilərəm.”
“Səni gördüyüm son dəqiqələrim olduğunu bilsəm, sənə “Səni sevirəm” deyərdim, bunu istər istəməz bildiyini utanaraq göz ardı edərək.”
“Sürəkli bir “Yarın” vardır, yaşam bizə hər şeyi daha yaxşı edəbilmək adına yeni bir olanaq tanır; ancaq yanılırsam, o gün bizə qalan son gün isə, sənə, səni nə boyda çox sevdiyimi sonsuza dək unutmayacağamı söylərdim.”
“Yaşlı yoxsa gənç, ‘yarın’ kimsə üçün bir görəv deyildir. Bugün sevdiklərini gördüyün son gün də ola bilər. Onda daha artıq bəkləmə, elə bugün devinim (hərəkət) ə geç, yarın olmayabilər. Sən onlara bir ‘gülümsəmə’, bir ‘qucaqlama’, bir ‘öpücük’ üçün, zaman ayırmadığından, onlarla çox uğraşdığını düşünərək son bir istəkdə bulunmadığın üçün çox peşman olacağına arxayınam.”
“Sevdiklərini yanında saxla; qulaqlarına onlara gərəkinsə gərəksinmən (ihtiyacın) olduğunu söyle; onları sev, onlara özən göstər; onlara ‘səni anlayıram’, ‘bağışla məni’, ‘lütfen’, ‘sağ ol’ daha bildiyin bir dolu sevgi sözlərini ilətmək üçün özünə zaman ayır.”
“Kimsə səni, gizləyib özünə saxladığın düşüncələrinlə anımsamayacaqdır. Onları anlatımı üçün Tanrı’dan güç ilə, sağduyu dilə.”
“Dostlarına, sənin üçün dəyərli olan varlıqlara, onların sənin üçün nə boyda önəmli olduqlarını qanıtla.”
(Fransızca orijinal metninden A.S tarafından Türkçeleştirilmiştir)
Fransızca orijinal hörütüylə A.S,cə Türkçələşdirilmişdən Azərbaycan Türkcəsinə köçürüldü.

 

 Vali Gözətən

 

* Qanı oluşduran toxuda olqunlaşma pozuqluğu sonucu olqunlaşmamış hücrələrin qana qarışmasına nədən olan sayrının gövdəsinin savınma dizgəsinin (sisteminin) yetməzliyinə nədən olan qansər çeşidi.

بؤلمه لر: ادبیات, خبر و تحلیل |

۳ گؤروش یازی: “Gabriel Garcia Marquez haralarda İp indi - Vali Gözətən”

  1. Lachin dergisi دئییر:
    بوز آیي ۱۸-ي, ۱۳۸۸ چاغ ۷:۴۹ آ.خ

    لاچین درگی‌سی‌نین “دیل” اؤزل سایی‌سیندان بیر یازی.
    “بیلیم دیلی” - دوکتور ایشیق سؤنمز
    http://www.lacin-dergisi.blogfa.com

  2. تئل ناز زنگانلی دئییر:
    بوز آیي ۲۳-ي, ۱۳۸۸ چاغ ۱۰:۰۰ گ.ؤ

    یورولما.

  3. هجر دئییر:
    بوز آیي ۲۴-ي, ۱۳۸۸ چاغ ۸:۵۲ گ.ؤ

    سعید متین پور فعال حقوق بشر و هویت طلب زنگانی است که به خاطر دفاع از فرهنگ و زبان مادری خود و حقوق طبیعی اش بارها توسط نیروهای جمهوری اسلامی دستگیر و روانه زندان شده است. ایشان که هم اکنون در زندان اوین زندانی می باشد از نظر جسمی در وضعیت بدی قرار دارد. حمایت از او وظیفه هر انسانی است که حق و عدالت را سرمشق زندگی خود قرار داده است.

گؤروشلر