« “ائل ديلي و ادبيیاتي”نين رقمسل آرخيوي حاضيرلاندي / مصطفی رزّاقي | آنا یارپاق | روملو امیر ارسلان داستانی / قیسالدانلار: مصطفی رزاقی - لیلا مرادی »
بوز آیي ۲, ۱۳۸۸

Almayolu: Iranın paytaxtı tehranda ۱۳۸۰ – ۱۳۸۶ (miladi ۲۰۰۳ - ۲۰۰۸) illəri arasında nəşr olunan “el dili və ədəbiyyatı” dərgisinin rəqəmsəl arxivi hazırlandı. ۲۳ sayıda buraxılan bu dərgi iranın müxtəlif bölgələrindən toplanmış müxtəlif növlərdə folklor maddələrini ehtiva edir. El dili və ədəbiyyatı ۱۳۸۱ (۲۰۰۳) ilində böyük tədqiqatçı və lüğətşünas rəhmətlik behzad behzadi tərəfindən yayılmağa başladı. Dərginin yeddi sayısı müstəqil çap olub, başqa sayıları isə azəri nəşriyyəsinin içində yayılmağa davam etmişdir. Behzad behzadinin ölümü azəri nəşriyyəsinin və təbii olaraq həmin nəşriyyənin əlavəsi kimi həyatını sürdürən el dili və ədəbiyyatının nəşrinə son qoydu. El dili və ədəbiyyatı xalqımızın folklor qollarının əksər hissəsini özündə əks etdirmişdir. Dərgidə dərc edilən materyalların təfərrüatı aşağıdakı kimidir:
| Yerli sözlər |
Ləhcələr haqqında araşdırmalar |
Bayatılar |
Təsniflər |
Gəraylı |
Atalar sözü |
| ۳۶۳۱ |
۴ |
۶۳۴ |
۴ |
۶ |
۷۷۷۳ |
| Dərman bitgiləri haqqında |
Aşıq ədəbiyyatına görə |
Alqışlar |
Qarğışlar |
Laylalar |
Oxşamalar |
| ۲ |
۱۶ |
۱۴۶ |
۱۳۱ |
۲۲۱ |
۴ |
| Oyunlar |
Dəblər |
Inanclar |
Deyimlər |
Holavarlar |
Yanıltmaclar |
| ۳۲ |
۶ |
۱۱۴ |
۱۰۸ |
۲۳ |
۵۰ |
| Aşıq dastanları |
Nağıllar |
Andlar |
| ۶ |
۳۶ |
۹ |
Bu toplunun məqsədi, ustad behzadinin dediyi kimi, yalnız folklorun xam mallarını toplayıb qorumaq idi; elə buna görə də onu incələmə və araşdırma vəzifəsi alimlərimizin üzərinə düşür.Topluda görülən birinci işlərdən “yerli sözlər” kateqoriyasının folklor qollarına artırılmasına toxunmaq olar. Yerli sözlər sözlükdə (izahlı lüğətdə) gəlməyən, müxtəlif bölgələrdə işlənən sözlərdən ibarətdir. Bundan əlavə topluda birinci dəfə olaraq iran aşıqlarının illər bundan əvvəl lentə yazdıqları dastanlar lentdən kağıza köçürülüb çap olmuşdur. Sadəliyinə baxmayaraq bu iş şifahi ədəbiyyat xəzinəmizi yazıya almaqda başarılı üsullardan hesab olunur. Topluda çap olan zəngan (zəncan) aşıq dastanları həmin üsulla yazıya alınmışdır. Iran türklərinin müxtəlif bölgələrinin ləhcə özəlliklərini səbt etmək işi də bu topluda sistemli olaraq öz yerini tapmaqda idi. Belə ki, toplunun birinci sayısında ustad behzadinin astara ləhcəsi üzərinə yazdığı məqalə dərc edilmişdir. Onun ardından xorasan türkləri və isfahanın fereydən bölgəsinin ləhcəsi haqda məqalə çap oldu. Nəhayət zəngan ləhcəsi məqaləsinin iki bölməsi çap olandan sonra ustad rəhmətə gedib dərgi bağlandı və həmin məqalənin ardı işıq üzü görə bilmədi. Ümid edirik bu toplu iran türkləri folklorunun toplanıb qorunmasında yaranan boşluğu aradan qaldıran çalışmalar sırasında möhkəm addımlardan biri sayılacaq. ۲۰۰۹.۹.۱۵ Mostafa rəzzaqi el dili və edəbiyyatının redaktoru
بؤلمه لر: ادبیات, خبر و تحلیل, فولکلور و ائل ادبیاتی |
گؤروشلر