سون یازیلار

سون گؤروشلر

آرشیو


« باش ساغليغي | آنا یارپاق | تنها بازمانده عاشيق‌هاي خراسان درگذشت. »

Varoluşçuluq

دوندوران ۲۰, ۱۳۸۸

sartre.jpgtopics_heidegger_190.jpg

Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Ramin Cabbarlı

Alm. Existenzialismus, Fr. existentialisme, İng. existentialism

Varoluşçu fəlsəfə düşüncəsini təməl olaraq alan bütün düşünsəl uğraşılara verilən ad. Danimarkalı düşünər Kierkegaard’ın böyük ölçüdə başlatdığı, eyni zamanda fəlsəfənin əskidən bəri ələ aldığı sorunları(problemləri) kökdən yeniləməyə çalışan, bu günkü Avrupanın bir çox düşünərinin yaşatdığı axım(cərəyan). //
Varoluş fəlsəfəsində, varlıq sorunu insan olma sorunu ilə bir bağlantı içinə gətirilir; bunun yanında fəlsəfə yapmanın qaynağı olaraq insan, varoluşu, sonluluğu, zamana bağlı oluşu və tarixsəlliyi içində, yeni-bir düşünmə tutumu(mövqe) ilə ələ alınır; özəlliklə insan varoluşunun anlamı söz qonusudur. Varoluşçuluq dünyada bulunan insan varoluşundan qalxaraq onu özünə yabancılaşmadan qurtarmayı istər; özgürlüğü içində insanın varoluşu və insanın özünü gerçəkləşdirməsi söz qonusudur bu fəlsəfədə.
۱- Fransa’da bir fəlsəfə - edebiyat axımı olaraq biçim almıştır(formalaşmişdir). Başlıca təmsilcisi J. P. Sartre’a görə: “Varoluş özdən öncə gəlir.” ve hər bir kimsəyə bir öz qazandırmağı sağlayacaq özgürlüklə eynidir; “İnsan nə isə o deyildir, nə olmuşsa odur.” İnsan özünü özü yapar, daha öncə qazandığı bəzi belirlenimlərin(determination, müəyyən olunmaq) əlverlişli olduğu ölçüdə özünə biçim verir, özünü oluşturur.
(Fransa’da başqa təmsilçiləri: A, Camus, Merlaeu-Ponty, Simone de Beauvoir); kıristiyan varoluşçuluğun başlıca təmsilçisi: Gabriel Marcel.
۲- Almanya’daki başlıca təmsilçiləri: Martin Heidegger ve Karl Jaspers. Heidegger’ə görə “İnsanın özü varoluşundadır.” Yəni “dünyada-olma”sındadır. Yalnızca insan “gerçək varoluş”dur. Çünkü yalnız insan var olanın (Özünün) sınırlarını(sınır: sərhəd, mərz) aşıb varlığa adım ata bilər. Yalnız insan var olan olaraq qalmaz, özünü var olan olaraq anlaya bilər: bütün başqa şeyləri anlaya bilməsinin təməli də budur. Belə olunca varlıqbilim bütün o biri bilimlərin dayanağıdır(altlığıdır); Heidegger düşüncəsinin ağırlıq mərkəzi əxlaq fəlsəfəsi və insanbilim(anthropology) ilə ilgili sorunlar olan hər varoluşçu fəlsəfənin qarşısına bilincli(şüurlu) olaraq bir varoluşçu varlıqbilim qoymaq istər; beləcə varlığı var- oluşda arayaraq fəlsəfənin təməl sorunu olan varlıq fəlsəfəsinə dönmüş olur. Varlığın (Sein) araşdırılması gərəkən yer varoluşdur (Existenz). İnsanın özü varoluşunda olduğuna görə, varoluşdan qalxaraq varlıq sorusu yenidən düzənlənməlidir.
Ancaq Heidegger bir varlıqbilim(ontology) deyil də, yalnızca irəlidəki evrənsəl(universal)varlıqbilimə imkan yaradacaq bir hazırlıq olmaq üzərə bir “təməl varlıqbilim” (Fundamentalontologie) qurmaq istər. Varoluş (Existenz) də Heidegger’ə görə:İnsanın varlıq sorusunu sormaqla bir başa bir bağlantı qurduğu öz varlığıdır.
Buna qarşılıq Jaspers, hər varlıqbilimdə, varoluşsal olanın bir qatılaşması və pozulması(inhitat) təhlükəsini görür; onun yöndəmi varoluşu açma, aydınlığa çıxarma ( varoluş aydınlanması) yöndəmidir; amma,öz fəlsəfəsinin mütləq bir varoluş fəlsəfəsi olduğunu irəli sürməklə birlikdə, özü də bilincin ötəsinə (,فوق الذکاinsan ağlını aşan:transsendens) bir metafizik yönəlişi ilə varoluş fəlsəfəsinin dışına(dış: xaric) çıxar.

بؤلمه لر: دوشونجه، فلسفه و تنقید |

۲ گؤروش یازی: “Varoluşçuluq”

  1. هاکان دئییر:
    دوندوران ۲۲-ي, ۱۳۸۸ چاغ ۱:۲۴ گ.ؤ

    تورکجه فلسفه یازقیلاری چوخ سئویرم. بو ساحه ده نه قدر چالیشساک یئری واردیر.
    اللرینیز وار اولسون

  2. links for 2010-02-17 « تورکوک بیز Türkük Biz دئییر:
    دوندوران ۲۸-ي, ۱۳۸۸ چاغ ۱۲:۳۰ آ.خ

    […] Varoluşçuluq […]

گؤروشلر