« انجمن حقیقت تبریز / رضا همراز | آنا یارپاق | ششمین کنگره بین المللی زبان تورکی »
Hadi Qaraçay- dan bir şeir
قیروو ۳, ۱۳۸۷
Sayın Əlirıza Sərrafi və Səid Muğanlıya sunulur
əsgi yaz,
qoca yaz,
dədə yaz!
ulduzlu göylərim deyib durma
çiçəkli düzlərim deyib durma
aranında quzular vardı
quzuların harda
oğul doğdun
qolu bağlı
daş duvarlar arxasında qalacaqmış,
gəlin doğdun
qara yaşmaq çəkəcəkmiş
gözü yaşlı qalacaqmış,
quşlarını quşa
ceyranını ova çıxdılar
yamacları saralan yaz
aranları bozaran yaz
kimə güldün
kimə güldün başına gəldi?!
—
www.hbayat.com
بؤلمه لر: شعرلر |
